...

Azərbaycan prezidenti QHT-lərə dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında sərəncam verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan prezidentinin 2007-ci il 27 iyul tarixli qərarı ilə QHT-lərə dövlət dəstəyi barədə dövlət konsepsiyası təsdiq olunub, rəsmi mətbuatın məlumatında belə deyilir.

Dövlət başçısının sərəncamı ilə Prezident Aparatına iki ay ərzində QHT-lərlə iş üzrə dövlət strukturu və QHT-lərə dəstək fondunun yaradılması barədə göstəriş verilib.

Prezident Aparatı konsepsiyanın reallaşması üzrə vəziyyətə nəzarət etməli, Azərbaycan Nazirlər Kabineti bu məsələdən irəli gələn vəzifələri həll etməlidir.

Rəsmi mətbuatın verdiyi məlumatda həmçinin bildirilir ki, müvafiq sərəncam QHT-lərin təşviqi, onların sosial cəhətdən mühüm problemlərin həllinə, dövlət və sosial əhəmiyyyətli layihələrin reallaşmasına cəlb edilməsi məqsədilə verilib.

Xəbər lenti

Xəbər lenti