...

Bakı yol polisi ictimai nəqliyyatda reydlərə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 15:10 (UTC +04:00)
Bakı yol polisi ictimai nəqliyyatda reydlərə başlayıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ictimai nəqliyyat vasitələrində nizam-intizamın yaradılması və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlərə başlayıb. İdarənin Nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Vaqif Əsədov bazar ertəsi Trend ə bildirib ki, ötən həftənin cümə günündən Bakının Nəsimi rayon ərazisində aparılan reydlər nəticəsində 48 avtobus sürücüsünün müvafiq sənədləri olmadığı üçün idarə etdikləri avtobus cərimə meydançalarına aparılıb.

Oturacaq yerlərinin sayının artıq olması, tıxacların yaranmasına səbəb olan yol-qayda pozuntuları, texniki cəhətdən nasaz avtomobil, müvafiq kateqoriyaların olmaması və digər yol hərəkət qaydalarının pozulması nəticəsində isə 130 avtobus sürücüsünə protokol tərtib olunub.

Xəbər lenti

Xəbər lenti