...

Ekspertlər iyun ayında Bakıda yeni tikililərdə mənzillərin qiymətinin artdığını bildirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyinin məlumatında bildirilir ki, may ayında Bakı şəhərində yeni tikililərdə mənzilin bir kvadrat metrinin orta qiyməti 1,1% olmaqla 1013 dollara qədər artıb. İyun ayında tikilən binaların sayı 583 təşkil edib. Bir ay ərzində tikinti şirkətlərinin sayı 223, orta mərtəbə göstəricisi isə 15,4 təşkil edib, daşınmaz əmlak indeksi 4,2 bənd olmaqla 384-ə qədər artıb.

Bakının rayonlarında qiymətlərə gəldikdə isə Nəsimi və Nərimanov rayonlarında xeyli artım müşahidə olunub.

Şəhərin birinci, mərkəzi hissəsində tikilən 1-2 otaqlı mənzillərin sayı tikilən dörd və beş otaqlı mənzillərin sayından xeyli az olub. Şəhərin üçüncü və dördüncü zonalarında isə əksinə olaraq 1-2 otaqlı mənzillər üstünlük təşkil edib.

Son aylar ərzində üç, dörd, beşotaqlı mənzillərin qiymətlərində xeyli artım müşahidə olunur və bu onların mərkəzdə və mərkəzə yaxın rayonlarda yerləşməsi ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti