...

Dövlət Gömrük Komitəsi "Samur" gömrük-keçid məntəqəsinin tikintisi ilə bağlı tenderi təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Dövlət Gömrük Komitəsi Xaçmaz rayonu Gömrük İdarəsinin "Samur" sərhəd gömrük-keçid məntəqəsinin kompleks tikintisi ilə bağlı tenderi təxirə salıb. Tender komissiyasının verdiyi məlumata görə, tender təkliflərinin daxil olduğu paketlərin açılması 31 iyul-dan avqustun 21-nə keçirilib.

Azərbaycan respublikasının "Dövlət satınalmaları" haqqında qanununun 11.1 bəndinə əsasən, əgər tender təklifləri irəli sürən namizədlərin sayı üçdən azdırsa, satın alan təşkilat tenderin davam etdirilməsindən imtina edir.

Maraqlanan şirkətlər öz təkliflərini iyulun 20-nə qədər Dövlət Gömrük Komitəsinin Əsaslı Təmir və Maddi -Texniki Təminat İdarəsinə təqdim etməlidirlər. Tenderdə iştirak haqqı min manatdır.

Qalib şirkət layihə-smeta sənədlərirni hazırlamalı və məntəqənin kompeks tikintisi üçün vacib olan tikinti-quraşdırma işləri aparmalıdır.

Kompleks tikintiyə iş meydançalarının, talvarın, müşahidə sahəsinin və məntəqədə baxış xəndəklərinin tikintisi və avadanlıqla təmin edilməsi daxildir. Tikinti işləri ilin dördüncü rübündə başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti