...

İyun ayında Bakının müxtəlif əraziləri üzrə daşınmaz əmlakın kvadratmetrinə görə qiymətlər açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İyun ayında Bakının təkrar əmlak bazarınada ən baha mənzil "Bakı Soveti" metro stansiyası ərazisində kvadratmetri 2902 dollara təklif olunub. Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin məlumatında göstərilib.

Aşağıda göstərilən cədvəl Bakının müxtəlif əraziləri üzrə qiymət dəyişikliklərini göstərir:

Bakının əraziləri Bir kvadratmetr üşün qiymət ($) + - faizlə
Nəsimi bazarı 1412 -1,2
Axundov bağı 2596 0,5
Badamdar qəsəbəsi 1040 -9
Bakıxanov qəsəbəsi 1174 3,5
Vorovski qəsəbəsi 932 -6,5
Yeni Yasamal qəsəbəsi 960 -3,6
Yeni Günəşli qəsəbəsi 950 -3,7
Lökbatan qəsəbəsi 682 -0,9
Montin qəsəbəsi 1438 2,9
Muşfiq qəsəbəsi 580 -1,5
Sabunçu qəsəbəsi 700 0,6
Əbilov qəsəbəsi 590 0,3
Qələbə k/t ərazisi 1078 -3,8
İstiqlaliyyət küçəsi 1700 -4,5
Mehmandarov küçəsi 1008 9,6
Nizami küçəsi 2712 1,3
Xəqani küçsi 1900 -0,9
20 Yanvar metrosu ərazisi 1085 -2,1
Bakı soveti metrosu ərazisi 2902 3,6
Neftçilər metrosu ərazisi 1189 0,8
Nərimanov metrosu ərazisi 1438 -1,7
1 mikrorayon 1160 -0,6
8 mikrorayon 1265 3,3
Avropa oteli yaxınlığında 1273 7,2
ABŞ səfirliyi yaxınlığında 1550 1,6
Rusiya səfirliyi yaxınlığında 1630 -0,4
Bül-bül pr. 1857 10,1
Tiflis pr. ərazisi 1080 -0,7
A.Sultanova heykəli ərazisi 1388 5,6
Əzizbəyov heykəli ərazisi 1364 0,4
Beşmərtəbə ərazisi 1891 -2,5
Nizami k/t ərazisi 2133 -0,5
28 may küç. 1560 -0,6
Xəzər univermağı ərazisi 867 2,1
Xəbər lenti

Xəbər lenti