...

Azərbaycan Sosial Müdafiə Fondunun rəhbəri: Şəxsi fondlar əlavə təqaüd sığortasına çevriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 18:41 (UTC +04:00)
Azərbaycan Sosial Müdafiə Fondunun rəhbəri: Şəxsi fondlar əlavə təqaüd sığortasına çevriləcək

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Bazar ertəsi Azərbaycanın Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun verdiyi məlumata görə, Azərbaycandakı şəxsi təqaüd fondları əhaliyə əlavə təqaüd sığortası əldə etməyə imkan verəcək.

Müslümovun sözlərinə görə, hazırda Fond və Azərbaycanın Maliyyə Nazirliyi birlikdə şəxsi təqaüd fondlarının layihəsini işləyir.

O qeyd edib ki, Azərbaycan prezidenti Maliyyə Nazirliyinə və Fonda 2007-2015-ci illər üçün təqaüd təminatı və islahatlar proqramı işləyib hazırlamaq barədə sərəncam verib.

"Şəxsi təqaüd fondlarının yaradılması Azərbaycanın təqaüd sisteminin gələcək inkişafının əsas elementidir" - deyə Müslümov bildirib.

Fondun rəhbəri hesab edir ki, bu sistemin ölkədə tam olaraq tətbiq edilməsi üçün əvvəlcə müvafiq qanun verilməlidir, belə ki, şəxsi təqaüd fondlarına nəzarət olunmalıdır.

"Qanunda göstərilməlidir ki, kimlər müvafiq xidmətlərin göstərilməsi üçün Maliyyə Naziriliyindən lisenziya ala bilərlər" - deyə o bildirib.

Azərbaycanda icbari sosial sığorta üzrə ayrılmalar 25% təşkil edir, bu məbləğin 22%-ini işəgötürən əməkhaqqı fondundan çıxır, məvacibin daha 3%-ni isə işçilər özləri çıxırlar.

"Əgər şəxs qərara alıbsa ki, onun hazırkı ayrılmalar şəraitində ala biləcəyindən daha böyük məbləğdə təqaüd almaq imkanı var, bu halda şəxsi fond gələcəkdə həmin şəxsə bu gün onun ödəyə biləcəyi qədər vermək iqtidarındadır. Lakin ödənişlərin müddəti və şəxsin bu ödənişləri ala biləcəyi yaş dövrü fondla imzalanan müqavilələrdən asılı olacaq" - deyə Azərbaycanın Sosial Müdafiə Fondunun rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti