...

Xəzər dəniz neft gəmiçiliyi yük daşımalarını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ İlin ilk yarısında ARDNŞ-in Xəzər dəniz neft gəmiçiliyi (XDNG) tərəfindən 290 min 319 ton müxtəlif yük daşınıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15 min 427 ton çoxdur. Bu barədə ARDNŞ-dən məlumat veriblər.

Bu müddətdə əsasən dizel yanacağı, içməli su, metal konstruksiyaları, sement, kimyəvi reagentlər və borular daşınıb.

2006-cı ildə XDNG gəmiləri 565,4 min ton yük daşıyıb. Halbuki 2005-ci ildə müvafiq rəqəm 460 min ton təşkil edirdi. Xarici şirkətlərlə imzalanan müqavilələr çərçivəsində 33,4 mln. manat dəyərində gəlir əldə olunub. Bu, XDNG-nin ümumi gəlirinin 50 faizini təşkil edir. 2005-ci ildə müvafiq göstərici 36 mln. manata bərabər idi.

Gəmiçiliyin balansında 256 gəmi, o cümlədən 4 üzən təmirxana və 3 quru dok var.

Xəbər lenti

Xəbər lenti