...

Səfir: Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın fəal inkişafı müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 14:08 (UTC +04:00)
Səfir: Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın fəal inkişafı müşahidə olunur

Bakı, Azərbaycan /müx. " A.Bədəlova/ Çinin Azərbaycandakı səfiri Can Xaycou hesab edir ki, son iki il ərzində Azərbaycan və Çin arasında iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafının fəal tendensiyası müşahidə olunur.

Onun sözlərinə görə, ötən il ölkələr arasında ticarət dövriyyəsi 368 mln. manat təşkil edib.

"Əgər iqtisadiyyatın miqyasının ümumi həcmini müqayisə etsək, bu, yaxşı nəticə olmaz. Lakin bu heyranedici rəqəmdir, əsas məsələ 48% təşkil edən inkişaf tempidir. Bu rəqəmin daha da artacağı gözlənilir" - deyə səfir bildirib.

Xaycou həmçinin qeyd edib ki, 2005-ci ildə Azərbaycan prezidentinin Pekinə səfəri zamanı xüsusilə iqtisadi sahədə bir sıra mühüm sənədlər imzalanıb.

"Bu, ölkələr arasında iqtisadi əməkdaşlığın sürətli inkişafı üçün təməl qoyub" - deyə səfir bildirib.

Azərbaycan prezidentinin 2005-ci il martın 17-19-da baş tutan Pekinə səfəri çərçivəsində 13 Azərbaycan-Çin sənədi, həmçinin ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağa imkan verən əsas sənədlər imzalanıb.

"Azərbaycanın regional inkişafı planı enerji təminatı, su təminatı, nəqliyyat kommunikasiyası, həmçinin tikinti, tikinti materiallarının istehsalı sahəsində əməkdaşlıq üçün imkanlar açır" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti