...

Sloveniyanın konsulu: Azərbaycan Bled Strateji Forumunda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ Azərbaycan hökuməti avqustun 26-27-də Sloveniyanın Bled şəhərində keçiriləcək illik Strateji Foruma dəvət olunub. Bu il forum "Avropa Birliyi-2020: genişlənmə və inteqrasiya" adı altında keçiriləcək, çərşənbə axşamı Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşarın verdiyi məlumatda belə deyilir.

Onun sözlərinə görə, Azərbaycanın nümayəndə heyətinə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov başçılıq edəcək.

Forumda Xəzər regionundan Qərbi Avropaya enerji resurslarının çatdırılması məsələlərinin müzakirə olunacağı gözlənilir. Tədbirdə dünyanın siyasi, işgüzar dairələrinin nüfuzlu nümayəndələri, region ölkələrinin dövlət başçıları dəvət alıblar. Bu il forumda prezident Mixail Saakaşvili, Makedoniyanın və Litvanın baş nazirlər, bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti