...

Azərbaycanda ƏDV üzrə vergi dərəcəsi aşağı salına bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 17:46 (UTC +04:00)
Azərbaycanda ƏDV üzrə vergi dərəcəsi aşağı salına bilər

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Çərşənbə axşamı Azərbaycan Vergilər Nazirliyindən verilən məlumata görə, 2008-ci il üçün Vergi Məcəlləsinə düzəlişlərin hazırlanması çərçivəsində Azərbaycan Vergilər Nazirliyi əlavə dəyər üzrə vergi dərəcəsinin aşağı salınması imkanlarını nəzərdən keçirir.

Hazırda ƏDV üzrə vergi dərəcəsi 18% təşkil edir və onun 17,5 %-ə qədər aşağı salınması planlaşdırılır. İlk günlərdən vergi orqanlarının strategiyası ƏDV dərəcəsini iki mərhələdə aşağı salmaqdan ibarət olub:

-vergi intizamını artırmaq və bu məqsədlə 2007-ci ildən bank sistemində ƏDV hesabının tətbiq edilməsi nəzərdə tutulub,

-vergi dərəcələrinin aşağı salınmasını həyata keçirmək.

Halbuki ƏDV hesablar Vergi Məcəlləsinə dəyişikliklər layihəsindən çıxarılıb, lakin nazirliyə vergi idarəetməsinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq barədə göstəriş verilib.

2007-ci ildə ƏDV üzrə idarəetmə sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər çərçivəsində əhali ilə şəxsi hesablar aparılarkən nəzarət-kassa aparatları vasitəsilə hesab qaydaları pozulduqda maliyyə sanksiyaları sərtləşdirilir.

İlin əvvəlində vergi naziri Fazil Məmmədov bəyan edib ki, gələn il verginin iki növü üzrə dərəcələrin aşağı salınması mümkündür. ƏDV-dən əlavə gəlir vergisi barədə də söz açılıb, lakin nazirlikdən bildiriblər ki, hazırda verginin bu növü üzrə dərəcənin nəzərdən keçirilməsi ilə bağlı müzakirələr aparılmır.

2006-cı ildən gəlir vergisi üçün dərəcə 22% təşkil edir, bu vaxta qədər isə iki il ərzində dərəcə 24% təşkil edib.

Əvvəlki dəyişikliklər 2004-cü ildə baş verib, bu vaxta qədər isə 25%-lik dərəcə tətbiq olunub. Gəlir vergisi üzrə dərəcələrin aşağı salınmasını hökumət 5 il ərzində həyəta keçirməyi nəzərdə tutub. Nəzərə alsaq ki, 2007-ci ildə heç bir dəyişiklik olmayıb və 2008-ci ildə də belə bir dəyişiklik gözlənilmir, bu halda 2009-cu ildə dərəcə nəzərdə tutulmuş məqsədlərə qədər çatdırılacaq (20%).

Xəbər lenti

Xəbər lenti