...

"TrendCapital"ın eksperti: ""Azərsu" SC suyun qiymətini qaldıra bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 18:37 (UTC +04:00)
"TrendCapital"ın eksperti: ""Azərsu" SC suyun qiymətini qaldıra bilər"

.

Azəbaycan, Bakı / Trend / Tarif Şurasının Ceyranbatan su anbarından suyun topdansatış qiymətinin qaldırılması barədə qərarı "Azərsu" SC-nin xidmətlərinə olan tariflərin artmasına gətirib çıxara bilər. Qərara əsasən, Ceyranbatan su anbarından 1000 kubmetr suyun topdansatış dəyəri ƏDV-siz 20 manat təşkil edir. Tariflər qüvvəyə avqustun 1-dən minir.

"Azərsu" SC-nin uzun müddət suyu istehlakçılara maya dəyərindən aşağı qiymətə satması inandırıcı deyil və güman ki, Tarif Şurasına öz xidmətlərinə görə tariflərin qaldırılması ilə bağlı müraciət edəcək. Mümkündür ki, ilkin mərhələdə istehsalçılar üçün nəzərədə tutulan su tarifləri qaldırılsın, müəyyən müddət sonra isə əhalinin istifadə etdiyi suyun da qiyməti qalxsın.

Su isə hamıya aydın olduğu kimi, həyat mənbəyidir, hər növ məhsulun istehsalı və xidmətlərin göstərilməsi üçün vacibdir və zəncirvari olaraq hər şeyin qiymətinin qalxmasına gətirib çıxaracaq.

Dünya statistikasına görə, dünyanın şirin su ehtiyatının 70%-i kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunur. Məsələn, bir ton buğdanın yetişdirilməsi üçün 1,5 min ton su, bir ton düyünün yetişdirilməsi üçün isə 7 min ton su sərf olunur.

Sənaye sahəsində də böyük həcmdə su tələb olunur: 1 ton neftin istehsalında 18 ton, 1 ton kağızın istehsalında 200 ton, 1 ton sintetik lifin istehsalı üçün isə 3,5 min ton su tələb olunur.

Tarif Şurasının qərarı ilə bu səbəbdən də infilyasiya baş verə bilər. Bu da öz növbəsində qiymət artımına təsir göstərir və bu faktiki infilyasiyaya gətirib çıxarır. Bu isə gələcəkdə qiymətlərin artacağını gözləməklə hazırkı tələbin artımına təsir göstərir ki, indi bu hal Azərbaycanın istehlak bazarındakı qiymətlərdə müşahidə olunur. Müəyyən tədbirlər görülməzsə, istehlakçıların infilyasiya gözləntiləri artacaq və bununla birlikdə infilyasiya spiralı açılacaq ki, bu da bizə heç lazım deyil.

(Ellada Xankişiyeva Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti