...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və UNESCAP əməkdaşlığı genişləndirməyə hazırdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 21:01 (UTC +04:00)

Azerbaydjan, Baku / Trend , müxbir İ.Xalilova / "Azərbaycanda yerli səviyyədə gəlirlərin və iş yerlərinin yaradılmasının planlaşdırılması, monitorinqi və qiymətləndirilməsinin cari sisteminin tətbiqi" layihəsinin yerinə yetirilməsi İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda BMT-nin Asiya və Sakit Okean Hövzəsi Ölkələri üçün Sosial və İqtisadi Komissiyasının (UNESCAP) ekspertləri ilə görüşdə müzakirə mövzusu olub.

UNESCAP-ın ekspertləri Amitava Mixerce və Yevqeniy German iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova ilə görüşdə layihənin yerinə yetirilməsi ilə bağlı metodoloji məsələləri müzakirə ediblər.

Layihə ilə bağlı tövsiyələrini bildirən Həsənova UNESCAP-la əməkdaşlığın daha da genişlənməsi üçün İqtisadi İnkişaf Nazirliyi tərəfindən hər cür dəstək göstəriləcəyini qeyd edib.

İqtisadi inkişaf nazirinin müavini Həsənova "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı (2004-2008) çərçivəsində görülmüş işlərdən danışıb. Son 3 ildə 550 mindən çox yeni iş yerlərinin yaradılması, bunun da 80%-nin regionların payına düşməsi barədə bildirib. Nazir müavini bildirib ki, yeni iş yerlərinin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə və nəticədə 2006-cı ilin yekunlarına əsasən 20%-ə enməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti