...

Azərbaycanın Şirə İxracatçıları Alyansı Ədliyyə Nazirliyinin qeydiyyatından keçməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Bazar ertəsi AZPROMO-nun marketinq üzrə meneceri Teymur Tağıyevin verdiyi məlumata görə, şirə ixracatçıları alyansının ədliyyə qeydiyyatından keçməsi məqsədilə Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun və Almaniyanın Texniki Yardım Cəmiyyətinin (GTZ) hüquqşünasları hazırlığa başlayıblar. Alyansın Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçməsi barədə qərar alyansın iştirakçıları tərəfindən ikinci yığıncaqda qəbul olunub.

Tağıyevin sözlərinə görə, ədliyyə qeydiyyatından keçmə iştirakçılara təsir göstərmək üçün nominal vasitə olacaq. Bu qərar və alyansın gələcək fəaliyyəti barədə məlumatı AZPROMO və GTZ sentyabrın 7-də açıqlayacaqlar.

Şirə ixracatçılarının səylərini birləşdirməsində başlıca məqsəd şirə istehsalı sənayesində çoxdan bəri mövcud olan problemlərin həllidir. Bu problemlərin sırasında standartlar texnologiyası ilə bağlı problem də var. Hazırda Azərbaycanda istehsal prosesi zamanı müasir texnologiyalara əməl olunmur. Alyansın yaradılması ilə konkret istehsalçıların şirələrini ayrılıqda reklam etməmək üçün vahid Azərbaycan brendi tətbiq olunacaq. Bu brend öz keyfiyyət nişanına malik olacaq, əgər məhsul bu brendlə nişanlanacaqsa, bu təqdirdə məhsul Avropa tədəblərinə uyğun olaraq buraxılacaq. Alyans həmçinin Azərbaycan şirələrinin xarici bazarlarda marketinqi və bu şirələrin müəyyən mövqe tutuması ilə məşğul olacaq.

Alyans ilk əvvəlbu sahədə altı aparıcı şirkət (Milk-PRO, Gilan, SAF və s.) tərəfindən yaradılıb və indi bu şirkətlərin sayı 7-yə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti