...

BVF missiyası: " Azərbaycan hökuməti 2008-ci ilə olan büdcə proqnozlarının formalaşdırılmasıması ilə bağlı düzgün siyasət aparır" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2007 21:04 (UTC +04:00)
BVF missiyası: " Azərbaycan hökuməti 2008-ci ilə olan büdcə proqnozlarının formalaşdırılmasıması ilə bağlı düzgün siyasət aparır" (video)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / 2008-ci ildə Dövlət xərcləri üzrə ciddi artım gözlənilmir. Bu barədə Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında BVF missiyasının rəhbəri, Yaxın Şərq və Orta Asiya ölkələri ilə iş üzrə Departamentin direktor müavini Vitali Kramarenko məlumat verib. Bununla əlaqədar o, güman edir ki, dövlət xərcləri və inflyasiyanın qarşısının alınması üzrə tədbirlər arasında balans normaldır.

"2008-ci ildə hazırki xərclərin genişləndirilməsinə ehtiyac yoxdur. Belə ki, bu il xərclərin artımı kifayət qədər olub" - deyə Kramarenko bildirib. Onun rəyinə görə, qeyri- neft büdcəsinin artım tempinin azalması makroiqtisadi sabitlik və inlyasiyanın artım templərinin sabitləşməisnə xidmət edir.

BVF missiyası güman edr ki, hökumət 2008-ci ilə olan büdcə proqnozlarının formalaşması və büdcə gəlirlərinin, neft gəlirlərindən olmayan əlavə cəlb etmələrə nəzarət hesabına artırılması ilə bağlı düzgün istiqamətdə iş aparır.

"Ölkə investisiya gəlirləri üzrə müəyyən olunmuş həddə nail olub. Buna görə də, növbəti ildə dövlət investisiya gəlirlərinin əhəmiyyətli artımı nəzərdə tutulmayıb" - deyə BVF missiyasının rəhbəri vurğulayıb. Onun rəyinə görə, 2008-ci ildə hökumət layihələrin, o cümlədən reallaşma mərhələsində olan sosial layihələrin maliyyələşdirilməsini davam etdirəcək.

Valyuta Fondu hər il bu kimi səfərləri reallaşdırır. Bu səfər 2007-ci ildə makroiqtisadi siyasət, 2008-ci il büdcə proqnolzlarının makroiqtisadi çərçivədə hazırlanması ilə tanışlıq məqsədi daşıyırdı.

Missiyanın tərkibində, həmçinin Fondun baş iqtisadçısı Mayra Zermeno və iqtisadçı Şuanq Dinq (Shuang Ding) təmsil olunurdu.

BVF-nun proqnozlarına əsasən, 2008-ci ildə Azərbaycanda ümumi dövlət gəlirləri 2007-ci ilə nəzərən 123, 2009-cu ildə 23, 2010-cu ildə 6,1 faiz artacaq. Lakin 2011-ci ildə dövlət gəlirlərinin 0,3 faiz, 2012-cu ildə 0,8 faiz azalması proqnozlaşdırılır. Ümumi dövlət xərcləri , 2007-ci ilə nisbətdə, 2008-ci ildə 35,3, 2009-cu ildə 30,1, 2010-cu ildə 25,1, 2011-ci ildə 25, 2012-ci ildə isə 24,9 faiz artacaq.

Təsdiq olunan dövlət büdcəsinə müvafiq olaraq, 2007-ci lidə gəlirlərin

5 mlrd 335,7 mln manat, xərclər - 5 mlrd 714,7 mln, kəsir 379 mln manat və ya ÜDM-ə nisbətdə 1,7 faiz olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti