...

Nazir: "Magistral qaz kəmərinin reabilitasiyasından sonra Gürcüstanın enerji təhlükəsizliyi daha da möhkəmlənəcək"

Energetika Materials 1 Oktyabr 2007 13:48 (UTC +04:00)
Nazir: "Magistral qaz kəmərinin reabilitasiyasından sonra Gürcüstanın enerji təhlükəsizliyi daha da möhkəmlənəcək"

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia / Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Qardabani-Navtluqi Şimal-Cənub magistral qaz kəmərinin 30 kilometrlik məntəqəsinin yenidən qurulması və reabilitasiyası ilə bağlı görülən işlərlə tanış olub. Xetaqurinin jurnalistlərə verdiyi məlumata görə, qaz magistralının reabilitasiyası ilə bağlı işlər dekabrın 1-də başa çatacaq.

Nazirinin sözlərinə görə, bu məntəqə ilə bağlı işlər yekunlaşdırıldıqdan sonra Navtluqi-Saquramo məntəqəsinin reabilitasiyasına başlanacaq və Şərqi Gürcüstanda tamamilə yeni qaz kəməri fəaliyyət göstərəcək.

"Bu layihənin reallaşmasından sonra ölkənin enerji təhlükəsizliyi daha da möhkəmlənəcək və biz üç qaz kəmərinə malik olacağıq. Hazırda qazın çatdırılması həm texniki, həm də kommersiya baxımından diversifikasiya olunub" - deyə Xetaquri bəyan edib.

Layihəyə əsasən, köhnə qaz kəmərinin reabilitasiyasından sonra yeni qaz kəmərinin təməli qoyulacaq və ki, bu da iki qaz kəmərinin əldə edilməsi deməkdir.

Bu layihəyə ümumilikdə 83 milyon lari xərclənəcək.

"Qardabani-Navtluqi" məntəqəsinin reabilitasiyası üç ay əvvəl məntəqənin üç kəsimində başlayıb. İki kəsimdə artıq işlərin 99%-i həyata keçirilib. Gürcustanın Neft və Qaz Korporasiyasının sifarişi ilə qaz kəmərinin reabilitasiyası Azərbaycan Dövlət Neft Şirkətinin "Neftqaztikinti" tresti tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti