...

"American Appraisal" şirkəti ARDNŞ-in əmlakının və qeyri-maddi aktivlərinin yenidən qiymətləndirilməsini həyata keçirəcək

Energetika Materials 5 Oktyabr 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ "American Appraisal" şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin əmlakının və qeyri-maddi aktivlərinin yenidən qiymətləndirilməsini həyata keçirəcək. Bu barədə cümə günü ARDNŞ-in iqitisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.

Yoxlamalar 2008-ci il yanvar ayının 1-dən etibarən ARDNŞ-in Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) keçmək planları ilə bağlı həyata keçirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin əmlakının və qeyri-maddi aktivlərinin yenidən qiymətləndirilməsini "American Appraisal" şirkəti 1 yanvar 2007-ci müddətinə qədər olan dövr üçün aparacaq.

Qasımovun sözlərinə görə, "PricewaterhouseCoopers" şirkəti artıq ARDNŞ-in ehtiyatlarının yenidən qiymətləndirilməsinin həyata keçirilməsi üçün tender şərtlərini hazırlayıb.

"İlin sonuna işlər başa çatdırılacaq" - deyə Qasımov söyləyib.

Xəbər lenti

Xəbər lenti