...

ARDNŞ Maliyyə Hesabatının Beynəlxalq Standartlarına keçir

Energetika Materials 5 Oktyabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ 2008-ci ilin yanvar ayından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (MHBS) keçəcək. Bu barədə cümə günü mühasiblərin və auditorların iqtisadi məsələlər üzrə Avrasiya Forumu zamanı

ARDNŞ-in vitse-prezidenti Süleyman Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə şirkət "PricewaterhouseCoopers" şirkətinin mütəxəssisəri ilə birgə iş aparır. ARDNŞ tərəfindən vahid hesab siyasəti, hesab planı, hesabın aparılması üzrə metodik göstərişlər hazırlanıb, MHBS-nin tələblərinə cavab verən möhkəmləndirilmiş maliyyə hesabatları isə gələcəkdə hazırlanacaq, ARDNŞ əməkdaşları üçün müxtəlif kurslar təşkil olunacaq.

Qasımov hesab edir ki, MHBS-yə keçid maliyyə hesabatlılığının şəffaflığını artıracaq, yeni xidmət növləri üzrə təklifləri artıracaq.

Mühasiblərin və Auditorların 2007-ci il Avrasiya Forumu oktyabrın 4-dən 6-na kimi davam edəcək. Forumun təşkilatçıları "Infosystem-link" və Azərbaycanın Peşəkar Maliyyə Menecerləri Assosiasiyasıdır.

Forumun əsas mövzusu MHBS-nin Avrasiya ölkələrində tətbiqi problemləridir. Forumda Azərbaycan, Türkiyə, Böyük Britaniya, Slovakiya, Polşa, Qazaxıstan, Ukraynadan mütəxəssislər iştirak edirlər.

Maliyyə Hesabatının Beynəlxalq Standartları maliyyə hesabatını nizamlayan sənədlərdir.

Xəbər lenti

Xəbər lenti