...

Bərdəyə elektrik enerjisinin verilməsi dayandırılıb

Energetika Materials 8 Oktyabr 2007 15:22 (UTC +04:00)

Azərbaycan Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Dünən axşam saatlarından başlayaraq Bərdə rayonunun əksər yerlərinə elektrik enerjisinin verilməsi dayandırılıb. Trend in bölgə müxbirinin məlumatına görə, Bərdə rayon Paylayıcı Şəbəkəsi elektrik enerjisinin verilməsində yaranan fasiləyə səbəb kimi elektrik transformatorlarının yağ açarlarının açılmasını göstərib.

Məlumata görə, hazırda təmir-bərpa işləri aparılır və günün sonuna qədər enerjinin verilməsi bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti