...

Federal Departamentin başçısı: "İsveçrə Azərbaycan qazında maraqlıdır" (video)

Energetika Materials 8 Oktyabr 2007 15:24 (UTC +04:00)
Federal Departamentin başçısı: "İsveçrə Azərbaycan qazında maraqlıdır" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycanın Sənaye və Energetika Nazirliyi və İsveçrə Konfederasiyasının Ətraf mühüt, nəqliyyat, energetika və rabitə üzrə Federal Departamenti arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum imzalanacaq. Bu barədə bazar ertəsi İsveçrə Federal Departamentinin başçısı Moris Leunberqer məlumat verib.

"İsveçrə əlavə qaz idxalında çox maraqlıdır. Biz Azərbaycan qazının idxal olunacağı boru kəmərini müzakirə etməliyik" - deyə o bildirib.

"Bu gün, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyində hava nəqliyyatına dair müqavilə imzalanacaq" - deyə Leunberqer əlavə edib.

Xəbər lenti

Xəbər lenti