...

Azərbaycan və İsveçrə enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum imzalayıb

Energetika Materials 9 Oktyabr 2007 13:12 (UTC +04:00)
Azərbaycan və İsveçrə enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum imzalayıb

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə İsveçrə Konfederasiyasının Ətraf mühüt, nəqliyyat, energetika və rabitə üzrə Federal Departamenti arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum imzalanıb. Bu barədə çərşənbə axşamı nazirlikdən məlumat verilib.

Sənədi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və İsveçrə Konfederasiyasının Ətraf mühüt, nəqliyyat, energetika və rabitə üzrə Federal Departamentinin rəhbəri Moris Leunberqer imzalayıb.

"İsveçrə əlavə qazın idxalında çox maraqlıdır və biz Azərbaycan qazının idxal olunacağı qaz kəmərini müzakirə etməliyik" - deyə Departament rəhbəri Leunberqerin bildirib.

Xəbər lenti

Xəbər lenti