...

Azərbaycan neft ixracını artırıb

Energetika Materials 9 Oktyabr 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) dəniz blokunda hasilat aparan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2007-ci ilin yanvar-sentyabr aylarında müxtəlif istiqamətlərdə 21,819 mln. ton Azeri Light növlü neft ixrac edib ki, bu da ötən ilin analoji dövründən 7,2 mln. ton çoxdur.

ABƏŞ apreldən Bakı - Novorossiysk marşrutlu Şimal boru kəməri və Gürcüstanın Batumi Qara dəniz limanı (ABƏŞ-in iştirakçıları olan Exxon və Devon şirkətlərindən başqa) istiqamətində dəmir yolu üzrə neft ixracını tam dayandırıb. Lakin sentyabrda Bakı - Tbilisi - Ceyhan boru kəmərinin dayandırılması səbəbindən, dəmir yolu ilə 56, 2 mln. ton neft göndərilib.

ABƏŞ-dən verilən məlumata görə, yanvar - sentyabrda Bakı - Supsa ("Qərb" marşrutu) ilə boru kəmərində təmir işləri aparıldığından, neft ixrac olunmayıb.

2006-cı ilin yanvar - sentyabrında bu marşrut üzrə 5,223 mln. ton neft nəql olunub.

Bakı-Novorossiysk ("Şimal" marşrutu) boru kəməri ilə ötən ilin yanvar - sentyabrıda ixrac olunan 2,495 mln. tondan fərqli olaraq, bu ilin analoji dövründə 696,8 min. ton neft ixrac olunub.

Gürcüstanın Batumi limanı istiqamətində 2006-cı ilin yanvar - sentyabr ayında ixrac olunan 3,365 mln. tondan fərqli olaraq, 2007-ci ilin müvafiq dövründə 805,416 mln. ton neft ixrac olunub.

Yanvar-sentyabrda Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə 19 mln. 313 min. ton neft ixrac olunub. Ötən ilin analoji dövründə isə, 3 mln. 519,9 min. ton neft ixrac olunub.

Sentyabrda Bakı - Supsa ("Qərb" marşrutu) xətti üzrə boru kəmərində aparılan təmir işləri ilə əlaqədar, neft ixrac olunmayıb. 2006-cı ilin sentyabrında isə, bu marşrut ilə 515,267 min. ton Azeri Light növlü neft ixrac olunub.

ABƏŞ tərəfindən Bakı-Novorossiysk boru kəməri ilə neft ixracı dayandırılıb. 2006-cı ilin sentyabrda isə, bu istiqamətdə 92,812 min. ton neft ixrac olunub.

ABƏŞ tərəfindən ("Exxon" və "Devon"dan başqa ) Gürcüstanın Batumi limanı istiqamətində neft ixracı 56,291 min. ton təşkil edib. 2006-cı ilin analoji dövründən bu rəqəm 94,603 min. ton təşkil edib.

Cari ilin sentyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə 1 mln. 130 min. ton neft ixrac olunub. Ötən ilin sentyabrında bu istiqamətdə neft ixracı 1,146 mln. ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti