...

AYİB-də keçirilən beynəlxalq konfransda Azərbaycanın EİTİ-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib

Energetika Materials 10 Oktyabr 2007 14:59 (UTC +04:00)

Böyik Britaniya, London / Trend mixbir G.Əhmədova/ "Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü"nün tətbiqi ölkənin kredit reytinqinə müsbət təsir göstərir. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mənzil-qərargahında oktyabrın 8-də "Dövlət və qeyri-dövlət kredit reytinqində şəffaflığın və dövlət idarəçiliyinin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda qeyd olunub. ("The Role of Transparency and Governance in Sovereign and Quasi-Sovereign Credit Quality").

Azərbaycanın Böyük Britanyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanın EİTİ-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Konfransda AYİB-in prezidenti Jan Lemyer, "Soros Fondu"nun sədri Corc Soros, Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə dövlət katibinin müavini baronessa Şriti Vadera iştirak edib.

Azərbaycanı konfransda AR-in Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və başqaları təmsil edib.

Azərbaycanın MHŞT üzrə müvafiq tədbirləri davam etdirməsinin dövlətimizin reytinqinin daha da yüksək səviyyəyə qalxmasına imkan verəcəyi qeyd olunub.

"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün yaradılmasını 2002-ci ildə Yohannesburqda keçirilən Davamlı İnkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer irəli sürüb. Təşəbbüsün məqsədi mədən sənayesindən gələn gəlirləri davamlı inkişafa və yoxsulluğun azaldılmasına sərf etməyi təmin etməkdir. 2004-cü il noyabrın 24-də "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökuməti, yerli və xarici neft şirkətləri və vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

Xəbər lenti

Xəbər lenti