...

Azərbaycan magistral qaz kəmərlərinin bərpasının qiymətləndirilməsi məqsədilə Rusiya şirkətini cəlb edib

Energetika Materials 10 Oktyabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin "Azqaznəql" İstehsalat Birliyi magistral və nəqliyyat qaz kəmərlərinin bərpası məqsədilə kəmərlərin qiymətləndirilməsini aparır. Bu barədə çərşənbə günü İB-in rəhbəri Zaman Çələbiyev məlumat verib.

Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsi məqsədilə Rusiyanın "Transkor" şirkəti cəlb olunub.

Hazırda "Azərnəql"in balansında 3,5 min km kəmər, 9 kompressor stansiyası və121 paylaşdırıcı stansiya var. Lazımı işlərin həcminin genişləndirilməsindən sonra onların qiymətləndirilməsi aparılacaq.

Azərbaycanda qaz nəqlində istifadə olunan əsas magistral qaz kəmərləri 1970-80-ci illərdə tikilib. Hazırda kəmərlərin modernləşdirilməsinə ehtiyac var. "Qaz kəmərlərinin təxminən 25%-i texniki səbəblər üzündən tam ötürmə qabiliyyəti ilə işləyə bilmir" - deyə o qeyd edib.

"Transkor" şirkəti kəmərin qüsurlu hissələrini, mexaniki zədələri, daxili və xarici korroziya və sairənin yerüstü aşkarlanmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti