...

Xarici şirkətlər Azərbaycanda quruda neft hasilatını cuzi şəkildə azaldıblar

Energetika Materials 10 Oktyabr 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Yanvar-sentyabr aylarında Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisələr və əməliyyat şirkətləri təqribən 887 min ton neft hasil ediblər ki, bu da ötən ilin müvafiq dövründən 0,7 faiz azdır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Sentyabr ayında BM və Əməliyyat Şirkətləri tərəfindən 97,2 min ton neft hasil olunub.

Daha çox neft hasilatı "Kürsəngi-Qarabağlı" müqavilə sahəsində işləyən Salyan Oil əməliyyat şirkətinin payına düşüb - 237,1 min ton neft.

Daha az hasilat həcmi isə, "Padar-Harami" müqavilə sahəsində işləyən "Kura valley" əməliyyat şirkətinin payına düşüb - 636 ton.

2007-ci ilin yanvar-sentyabr ayları ərzində BM və əməliyyat şirkətlərinin faktiki neft təhvili cədvəli (min ton):

Birgə müəssisə və əməliyyat şirkətləri Sentyabr 2007 Sentyabr-avqust 2007
Salyan Oil 24763 237104
Shirvan Oil 17044 163035
Karasu Əməliyyat Şirkəti 22100 197470
Azgerneft 5850 52908
"Anshad Petrol 3843 35268
Qobustan 256 2820
Az.Seng-Li 770 6330
Binəqədi Əməliyyat Şirkəti 9673,204 88423,355
Qaraçuxur Əməliyyat Şirkəti 972,480 7549,922
valley Əməliyyat Şirkəti 357 636
Suraxani Oil Operation 11556 95390
Cəmi 97184,684 886934,277
Xəbər lenti

Xəbər lenti