...

Xəzər dənizində Mİ-8T vertolyotunun qəzaya uğraması nəticəsində itgin düşənlərin axtarışına bu gün yenidən başlanılacaq (video)

Energetika Materials 15 Oktyabr 2007 12:48 (UTC +04:00)
Xəzər dənizində Mİ-8T vertolyotunun  qəzaya uğraması nəticəsində itgin düşənlərin axtarışına bu gün yenidən başlanılacaq (video)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Mİ-8T vertolyotunun qəzaya uğraması nəticəsində itgin düşmüş dörd şəxsin axtarışına bu gün yenidən başlanılacaq. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

Vertolyot oktyabrın 13-də qəzaya uğrayıb.

"Dənizdə iki gün fırtına olduğuna görə, dalğıclar işləyə bilməyiblər. Dünən qəza yerinin bütün hövzəsi vertolyotla yoxlanılıb",-deyə Abdullayev bildirib.

"Bu gün, çox güman ki, dalğıclar axtarış işlərini davam etdirəcəklər. Biz axtarışlar üçün sualtı aparatlar və dalğıclardan istifadə olunmasına çalışırıq. Vertolyotun bütün əsas hissələri tapılaraq, sahilə çatdırılıb. Bir neçə hissəni qaldırmaq qalıb. Əsas rəyi isə, ekspertlər verəcək. Qəzanın səbəblərinin müəyyən olunması üçün xüsusi komissiya yaradılıb, araşdırma aparılır",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti