...

Rövnəq Abdullayev: " Gələn il Azərbaycan qazının Gürcüstan üçün qiyməti dəyişəcək"

Energetika Materials 15 Oktyabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti ilin sonuna qədər öz qazının Gürcüstana nəql olunmasını davam etdirmək imkanını nəzərdən keçirir. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.

Azərbaycanın yanacaq iqtisadi balansı hazırlandıqdan və respublikanın tam təminatı üçün tələb olunan qaz həcmi müəyyənləşdirildikdən sonra, ARDNŞ növbəti ildə Gürcüstana qaz tədarükünün davam etdirilməsi imkanlarını nəzərdən keçirəcək.

"Gələn il Gürcüstan üçün qazın qiyməti dəyişəcək",-deyə ARDNŞ rəhbəri bildirib. Onun sözlərinə görə, bu il qaz Gürcüstana 1000 kubmetri 120 dollara satılır. Növbəti ildə bu qiymət artırılacaq.

Azərbaycan Gürcüstana sutkada 1,3-1,5 mln. kubmetr qaz tədarük edir. Bundan əlavə, Gürcüstan Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından sutkada 1 mln. kubmetr qaz alır.

Xəbər lenti

Xəbər lenti