...

Azərbaycanda butan-butilen istehsalı artıb

Energetika Materials 16 Oktyabr 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-sentyabrda H.Əliyev adına neft emalı zavodunda (Keçmiş "Azneftyanacaq") 111,04 min. ton butan-butilen fraksiyası istehsal olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bu, proqnozlaşdırılandan 11,8 faiz çoxdur, yəni 11,74 min ton.

Ötən ilin yanvar-sentyabrıda butan-butilen fraksiyasının istehsal həcmi 100, 95 min ton təşkil edib ki, bu da, cari ilin analoji dövrü ilə müqayisədə 10, 09 min ton azdır (10 faiz).

2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min.ton təşkil edib. 2005-ci ildə isə, bu göstərici 129,62 min tona bərabər olub.

Yanvar-sentyabrda, ötən ilin əvvəlki aylarında olduğu kimi, bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti