...

Azərbaycanda bitum istehsalı aşağı düşüb

Energetika Materials 16 Oktyabr 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-sentyabr ayları ərzində Azərbaycanda 130,80 min ton bitum istehsal olunub. Bu barədə çərşəndbə axşamı Dövlət Neft Şirkətindən məlumat verilib. Bu istehsal həcmi bu dövr üçün proqnozlaşdırılandan 0,9 faiz, yəni 1,2 min ton azdır.

Ötən ilin anoloji dövründə bitumun istehsal həcmi 115,6 min ton təşkil edib. Bu göstərici cari ilin anoloji dövrü ilə müqayisədə 15,2 min ton - 13,1 faiz aşağıdır.

Ümumilikdə, 2006-cı il ərzində 161,94 min ton bitum istehsal olunub. 2005-ci ildə bitumun istehsal həcmi 128,34 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti