...

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi alyans Türkiyənin "Petkim" kimya holdinqinin səhmlərinin satışı üzrə tenderin qalibi elan edilib

Energetika Materials 17 Oktyabr 2007 11:25 (UTC +04:00)
Azərbaycan  Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi alyans Türkiyənin  "Petkim" kimya holdinqinin səhmlərinin satışı üzrə tenderin qalibi elan edilib

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycan Respublikası Dövət Neft Şirkətinin məlumatında bildirilir ki, Türkiyə hökuməti "SOCAR/Turcas/Injaz" şirkətlər alyansını Türkiyənin "Petkim" kimiya holdinqinin səhmlərin 51%-nin satışı ilə bağlı elan etdiyi tenderin qalibi seçib.

İyulun əvvəlində "Transcentral Asia Petrochemical Holding" şirkəti "Petkim" kimya holdinqi ilə bağlı elan edilən tenderdə ən böyük məbləği təklif edib (2,05 mlrd. dollar), lakin Türkiyə hakimiyyətinin tənzimləyici orqanları tenderin yekunlarını ləğv edib və ikinci böyük məbləği təklif edən (2,04 mlrd. Dollar) "SOCAR/Turcas/Injaz" alyansını tenderin qalibi elan edib.

Tenderdə cəmi səkkiz şirkət iştirak edib. "Petkim"in dövət payını həmçinin "Zorlu", "Anadolu", "Ulker" və "Indian Oil Corp." şirkətləri də almaq niyyətində olublar.

Xəbər lenti

Xəbər lenti