...

Azərbaycanın Energetika İdarəsi ilə Almaniyanın İqtisadiyyat Nazirliyi əməkdaşlığa dair müqavilə imzalayıb

Energetika Materials 19 Oktyabr 2007 13:33 (UTC +04:00)
Azərbaycanın Energetika İdarəsi ilə Almaniyanın İqtisadiyyat Nazirliyi əməkdaşlığa dair müqavilə imzalayıb

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Bu gün Bakıda Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin bildirdiyinə görə, Azərbaycan bazarında Almaniya şirkətləri geniş təmsil olunurlar. Onlar iqtisadiyyatın energetika, neft sektoru və digər sahələrində fəaliyyət göstərirlər. Azərbaycan alman şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Öləkəni Almaniya müəssisələri tərəfindən tətbiq olunan yeni texnologiyalar maraqlandırır.

Almaniyanın iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlossun dediyinə görə, Almaniya Azərbaycanla neft sektorunda olduğu kimi, qeyri-neft sahələrində də, əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti