...

Azərbaycan Bakıda yeni neft terminalının tikintisini sürətləndirəcək

Energetika Materials 19 Oktyabr 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Küləvidə (Gürcüstan) terminalın tikintisinin başa çatdırılmasından sonra Bakıda "Səngəçal-Qaradağ neft-qaz termianlı"nın tikintisi üzrə işlər sürətləndiriləcək. Cümə günü "Cross Caspian" şirkətinin idarə heyətinin üzvü Tahir Gözəlin verdiyi məlumata görə, Qaradağ terminalında tikinti işlərinin başlanması məqsədilə Gürcüstan texnika və işçi qüvvəsi gətiriləcək.

Onun sözlərinə görə, Qaradağ terminalı, 15 növdə neft və neft məhsulları qəbul etmək iqtidarında olan Dübəndi terminalından fərqli olaraq, iri həcmdə, lakin məhdud növdə məhsulların qəbulu üçün nəzərdə tutulacaq.

Bu terminal vasitəsilə Qazaxıstanın "Kaşaqan" yatağından neftin qəbul edilməsi nəzərdə tutulur ki, bu neft "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə nəql olunacaq. "Kaşaqan" yatağından neft 2011-ci ildən tez qəbul olunmayacaqsa da, bu dövr ərzində gəmiqayırma inkişaf etdirilə bilər, böyük tutuma malik yeni gəmilər sifariş oluna bilər ki, regionda daşınmaları həyata keçirmək üçün Azərbaycanın bu gəmilərə böyük ehtiyacı var.

Gözəlin məlumatına görə, terminalın tikintisinin birinci mərhələsi 12 ay ərzində başa çatacaq və boşaldıb-yükləmə gücü 5 mln. ton təşkil təşkil edəcək. Layihənin rellaşması üç mərhələdə həyata keçiriləcək. İkinci mərhələdə terminalın gücü 10 mln. tona, üçüncü mərhələdə isə, 50 mln. tona çatdırılacaq.

Layihənin reallaşmasına yatırılacaq sərmayələrin ümumi həcmi 150 mln. dollar təşkil edəcək. Layihə Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə həyata keçiriləcək. Asiya İnkişaf Bankı layihədə iştirak məsələsini nəzərdən keçirir, İslam İnkişaf Bankı və bir sıra xarici maliyyə institutları layihəyə maraq göstərir.

Layihənin əsas operatoru "Qafqaztransservis"şirkətidir. AİŞ və "Qafqaztransservis" arasında imzalanmış müqaviləyə əsasən, şirkət, yatırılmış sərmayə hesabına "Səngəçal-Qaradağ neft-qaz terminalı"nın 25%-ni əldə edəcək.

Xəbər lenti

Xəbər lenti