...

"Azərenerji" bütün Azərbaycan ərazisində SCADA sisteminin yaradılmasına dair müqavilə imzalayacaq

Energetika Materials 19 Oktyabr 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Bu ayın sonuna qədər "Azərenerji" Səhmdar Cəmiyyəti SCADA layihəsinin ikinci mərhələsinin reallaşdırılması ilə bağlı elan olunan tenderin qalibi Fransanın "AREVA" şirkəti ilə müqavilə imzalamaq niyyətindədir. Səhmdar cəmiyyətindən verilən məlumatda belə deyilir.

Fransa şirkəti Azərbaycanda 60 yüksəkvoltlu yarımstansiyanın SCADA-nın tələblərinə uyğunlaşdırılmasına yardım göstərəcək. Bu tədbirlər üç il ərzində həyata keçiriləcək.

Şirkət yarımstansiyaların transformatorları və digər avadanlıqlarının təmirini həyata keçirəcək və bütün stansiyaları SC-nin SCADA layihənin birinci mərhələsi çərçivəsində yaratdığı üç dispetçer mərkəzinə qoşmalı olacaq.

SCADA sisteminin yaradılması energetika şəbəkəsində baş verən vəziyyətə operativ olaraq cavab verməyə, həmçinin, enerji təchizatının effektivliyini artırmağa imkan verəcək. Layihə Azərbaycanın bütün rayonlarının SCADA sistemi ilə təchiz olunmasını nəzərdə tutur.

Layihənin 55 mln. dollar dəyərində qiymətləndirilir ki, bu məbləğin 48 mln. dolları Dünya Bankı, 7 mln. dolları isə, Azərbaycan hökuməti tərəfindən ayrılacaq. Bankın Direktorlar Şurası krediti 2005-ci il mayın 17-də təsdiq edib və bu, ölkədə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə ayrılan ilk kreditdir.

Xəbər lenti

Xəbər lenti