...

Almaniyanın RWE şirkəti NABUCCO kəməri ilə təqribən 5 mlrd. kubmetr qaz almaq niyyətindədir

Energetika Materials 19 Oktyabr 2007 22:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Almaniyanın RWE energetika şirkəti il ərzində NABUCCO boru kəməri sistemi ilə Avropaya çatdırılacaq qazın 5 mlrd. kubmetrini almaq istəyir. Bu barədə cümə günü Bakıda Almaniyanın iqtisadiyyat və texnologiya naziri Mixail Qloss məlumat verib.

Uzunluğu 4 min km olacaq Nabucco qaz kəməri Xəzər və Orta Asiya qazının Avropaya tədarük olunmasını təmin edəcək. Qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçəcək. Qaz kəmərinin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Nabucco qaz kəmərinin tikintisinə tələb olunan investisiya 5 mlrd. avro dəyərində qiymətləndirlir. Kəmərin tikintisi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin Botas, Bolqarıstanın Bulgargaz və Rumıniyanın Transgaz şirkətləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti