...

"Azərenerji" rəhbəri: " Azərbaycan elektrik enerjisi ixracatçısı olmaq niyyətindədir" (video)

Energetika Materials 20 Oktyabr 2007 14:28 (UTC +04:00)
"Azərenerji"  rəhbəri: " Azərbaycan elektrik enerjisi ixracatçısı olmaq niyyətindədir" (video)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Ötən ilin sonundan Azərbaycan elektrik enerjisi idxalını əhəmiyyətli dərəcədə azaldıb. Bunu şənbə günü "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev söyləyib.

"Ötən ilin sonundan biz idxal anlayışından azad olmuşuq. Lakin istənilən enerji sistemində digər enerji sistemləri ilə əlaqəyə ehtiyac var. Bu əlaqə onun etibarlılığını artırır",-deyə o söyləyib.

Azərbaycanın Rusiya-Dərbənd-Yaşma elektrik ötürücü xətti işləyir. Günün müəyyən saatlarında bu xətlə Rusiyaya, qalan vaxtda isə,Azərbaycana elektrik enerjisi ötürülür.Gürcüstanla da Azərbaycanın 200 kilovoltluq xətti mövcuddur. "Biz, həmçinin, onların (Gürcüstan) hidroenergetikasının qalığından istifadə edir və onlara öz elektrik enerjimizi veririk",-deyə "Azərenerji" prezidenti söyləyib.

İranla da , həmçinin, Naxçıvan MR-ə enerji verilməsi üçün mübadilə aparılır. Son illər SC-də yeni elektrik stansiyaları quraşdırılıb və yenidən qurulub ki, bu da Muxtar Respublikaya idxalı əhəmiyyətli dərəcədə azaldıb.

Qarşıya qoyulmuş digər bir məqsəd Azərbaycanın tranzit ölkəyə çevrilməsidir. İran və Azərbaycan arasında enerji ötürülməsi həcminin 200 MVt-dan 800 MVt-a qədər artırılması üzrə işlər görülür. Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi üzrə işlər aparılır. Rusiya ilə də danışıqlar aparılır.

"Bu yolla biz tranzit imkanlarımızı tam genişləndirəcəyik. Gələcəkdə Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilə bilər. 2-3 ilə bizim artıq ixrac imkanlarımız olacaq",-deyə Pirverdiyev söyləyib.

Xəbər lenti

Xəbər lenti