...

Azərbaycanda ilk dəfə 100 mln. ton Azeri Light markalı yüngül neft hasil olunub

Energetika Materials 23 Oktyabr 2007 20:32 (UTC +04:00)
Azərbaycanda ilk dəfə 100  mln. ton Azeri Light markalı yüngül neft hasil olunub

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın 1997-ci ildən işlənilən "Azəri-Çıraq-Günəşli" yatağından ilk dəfə 100 mln. ton Azeri Light markalı yüngül neft hasil olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında göstərilib. 2007-ci ildə yataqdan 34 mln. ton neft hasil olunması nəzərdə tutulur. Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. 2006-cı ilin noyabr ayından bu boru kəmərində təmir işləri aparılır.

"Azəri-Çıraq-Günəşli" hasilatının pay bölgüsü barədə razılaşama 1994-cü ilin sentyabr ayında imzalanıb. Müqavilənin qüvvədə olduğu müddətdə (30 il) 5,4 mlrd. barel neft hasil olunacaq.

Yataq bir neçə mərhələdə işlənilir: "Çıraq" yatağından hasilat 1997-ci ildən "İlkin neft layihəsi"nin bir hissəsi kimi davam etdirilir. Daha sonra "Mərhələ- 1" gəlir ki, burda 2005-ci ildən "Mərkəzi Azəridən" hasilat başlayıb. Növbəti mərhələ - "Azəri" layihəsi çərçivəsində "Mərhələ-2"də 2006-cı ildən etibarən "Qərbi Azəri" və "Şərqi Azəri" hasilatını əhatə edir. "Mərhələ- 3" ("Dərinsulu Günəşli") çərçivəsində isə tikinti işləri aparılır. Hasilata 2008-ci ildə başlanılmalıdır.

Xəbər lenti

Xəbər lenti