...

Azərbaycanın "Qum Adası" yatağında baş verən partlayış ARDNŞ-nin neft hasilatına təsir etməyib

Energetika Materials 25 Oktyabr 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin "Qum Adası" yatağında baş verən partlayış və yanğın bu yataqdan hasilata təsir etməyib. Bu barədə cümə axşamı ARDNŞ-dən məlumat verilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 25-də saat 03:55-də (Bakı vaxtı ilə) "Qum Adası" neft- qazçıxarma idarəsinin N208 sahəsində, qaz sızması nəticəsində, partlayış baş verib və daha sonra yanğına çevrilib.Bunun nəticəsində qazma buruğu aşıb.

Yanğından Fövqəladə Hallar Nazirliyinin 54 saylı hərbiləşdirilmiş yanğınsöndürmə xidmətinin rəhbəri Rizvan Quliyev və xidmətin əməkdaşı Natiq Abbasov zərər çəkiblər. Hadisə ilə bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti