...

Türk Standartları İnstitutu ARDNŞ-nin Ekologiya İdarəsində audit aparacaq

Energetika Materials 26 Oktyabr 2007 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ 2007-ci ilin dekabrında Türk Standartları İnstitutu ARDNŞ-nin Ekologiya İdarəsində audit aparmaq niyyətindədir. Həmçinin,Avropa Keyfiyyət Təşkilatı ilə, 2-ci tərəf auditor sertifikatının alınması məqsədilə, danışıqlar aparılır. Bu barədə ARDNŞ-nin məlumatında göstərilir.

Sertfikatın əldə edilməsi Ekologiya İdarəsinin işçilərinə karbohidrogenlərin kəşfiyyatı, hasilatı və emalı ilə məşğul olan yerli və xarici təşkilatların fəaliyyətlərinin İSO 14001 sisteminin (Ekologiya İdarəetmə Sisteminin) tələblərinə uyğunluğunu yoxlamaq imkanı verəcək.

2006-cı ilin noyabr ayından etibarən İdarə İSO 9001, İSO 14001, OHSAS 18001 standartlarının tələblərinə uyğun olaraq, idarəetmə sisteminin daha səmərəli qurulması, eləcə də, işçilərin maarifləndirilməsi məqsədilə, Türk Standartları İnstitutu ilə əməkdaşlığa başlanılıb.

Xəbər lenti

Xəbər lenti