...

Azərbaycan neftinin qiyməti: 22-26 oktyabr həftəsinin yekunları

Energetika Materials 29 Oktyabr 2007 12:19 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 22-26 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ 22-26 oktyabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $85,33/barr. təşkil edib. Ötən həftə AZERI LT neftinin maksimal qiyməti $89,21/barr., minimal qiyməti isə $83,37/barr. təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

22-26 oktyabr həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $80/barr. URAL neftinin maksimal qiyməti $83,64/barr., minimal qiyməti isə $77,94/barr.təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8 %-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Azeri Light növü daxil olmaqla keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır.

22-26 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $84,34/barr təşkil edib. Ötən həftə Brent Dated neftinin maksimal qiyməti $87,84/barr., minimal qiyməti isə $82,3/barr. Təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti