...

Nazir: "Estoniya Xəzərdən Baltik dənizinə neft kəməri çəkilməsi layihəsini dəstəkləyir"

Energetika Materials 29 Oktyabr 2007 15:30 (UTC +04:00)
Nazir: "Estoniya Xəzərdən Baltik dənizinə neft kəməri çəkilməsi layihəsini dəstəkləyir"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Estoniya Xəzər dənizindən Baltik dənizinə neft kəməri çəkilməsi layihəsini dəstəkləyir. Bunu bazar ertəsi Bakıda brifinqdə Estoniya XİN rəhbəri Urmas Paet bildirib.

"Biz Aİ-nin energetika siyasətini tam dəstəkləyirik və Avropaya enerji tədarükünün diversifikasiyasını mühüm hesab edirik",-deyə o söyləyib.

Nazirin sözlərinə görə, Estoniya Odessa-Brodı-Plotsk boru kəmərinin çəkilməsi layihəsində maraqlıdır.

O söyləyib ki, boru kəmərinin marşrutu və göstəriciləri hələ bəlli deyil, lakin Estoniya bu layihəni dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti