...

"Azərenerji" Səhmdar Cəmiyyəti Azərbaycanda yeni elektrik stansiyasının tikintisi üzrə müqavilə imzalayıb

Energetika Materials 29 Oktyabr 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Finlandiyanın Wartsila şirkəti Azərbaycanın Quba rayonunda 104 MVt gücündə modul elektrik stansiyasının tikilməsi üçün "Azərenerji" Səhmdar Cəmiyyəti ilə 38 mln. avro dəyərində müqavilə imzalayıb. Bu barədə şirkətin məlumatında göstərilib.

Wartsila modul stansiyasının dizaynını hazırlayacaq, avadanlıq tədarük edəcək, stansiyanın quraşdırılmasına və iki il müddətində işləməsinə nəzarət edəcək.

Elektrik stansiyası 2008-ci ilin sonuna qədər hazır olacaq. Yeni elektrik stansiyası Bakı modul stansiyasının analoqu olacaq. Belə ki, bu stansiyada da hər biri 8,7 MVt gücündə olan 12 enerji bloku quraşdırılacaq. Azərbaycanda bu tipdə cəmi beş stansiya quraşdırılıb.Yeni stansiya qış idman növlərinin inkişaf etdiriləcəyi şimal rayonlarının enerji təchizatı üçün nəzərdə tutulub. Xüsusilə də, bu zonada dağ xizəkçiliyi turizminin yardılması nəzərdə tutulur.

Bu regionun enerji təchizatı üçün 100 kilovoltluq yarımstansiya tikiləcək və elektrik ötürücüsü xətti çəkiləcək.

Xəbər lenti

Xəbər lenti