...

Yanvar – noyabrda ARDNŞ boru kəməri ilə 7 mln. tondan çox neft ixrac edib

Energetika Materials 3 Dekabr 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) boru kəməri ilə 7.116 mln. ton ixrac edib. Bu barədə ARDNŞ - nin məlumatında bildirilib. Yanvar - noyabr ərzində Bakı - Tbilisi - Ceyhan kəməri ilə ARDNŞ - nin 5.97 mln. ton nefti ixrac olunub. BTC ilə "Azəri - Çıraq - Günəşli" yatağından hasil olunan yüngül neft ixrac olunur. Neft kəmərinin operatoru BP şirkətidir. "Azəri - Çıraq - Günəşli" yatağının işlənməsi üzrə yalnız iki xarici iştirakçı -ExxonMobil və Devon öz neft paylarını BTC ilə ixrac etmir. Bu şirkətlər BTC - nin tikintisində investor kimi çıxış etməyiblər və indi öz neftlərini, dəmir yolu daşınmasından istifadə edərək, Batumi limanı vasitəsilə satırlar. Bakı - Novorossiyk kəməri ilə yanvar - noyabrda 1.146 mln. ton neft ixrac olunub. Bu kəmər vasitəsilə, əsasən, Dövlət Neft Şirkətinin yataqlardan öz vəsaiti hesabına əldə olunan nefti ixrac olunur. Bura, həmçinin, qurudakı yataqlardan xarici iştirakla birgə müəssisə və əməliyyat şirkətlərinin xammalı daxildir. Hazırda boru kəmərinin operatu BP şirkətidir. Lakin BP - nin "Azəri - Çıraq - Günəşli" yatağından hasil olunan yüngül neftin bu marşrutla nəqlinə etiraz etməsi və bütün yüngül nefti BTC ilə ixrac etməsindən sonra (Exxon və Devon şirkətləri istisna olmaqla), Azərbaycan Dövlət Neft Şirkəti bu kəmər üzərində operatorluğu öz üzərinə götürmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti