...

ARDNŞ yanvar-noyabr aylarında neft və qaz hasilatı həcmini açıqlayıb

Energetika Materials 7 Dekabr 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Cari ilin yanvar-noyabrında Azərbaycanın Dövlət Neft Şirkəti, əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) affşor və anşor yataqlarından 8,07 mln. ton neft hasil ediblər ki, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 158,33 min ton (1,9 faiz) azdır. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

2007-ci ilin yanvar-noyabrında suda və quruda ARDNŞ-ın Nef-Qaz Hasilatı İdarələri (NQHİ) tərəfindən neft hasilatı 6,98 mln. ton təşkil edib. Bu ötən ilin göstəricisindən 184,54 min ton (2,6 faiz) azdır. Yanvar-noyabrda xarici şirkətlər BM və ƏŞ çərçivəsində 1,09 mln. ton neft hasil ediblər ki, bu da 2006-cı ilin yanvar-noyabrdakı göstəricisindən 25,21 min ton (2,5 faiz) çoxdur.

Yanvar-noyabrda Azərbaycanda ümumi qaz hasilatı 8,99 mlrd. kubmetr təşkil edib. Bu da 2006-cı ilin analorji dövrüündən 2,83 mlrd. kubmetr (46,1 faiz) çoxdur. Yanvar-noyabrda ARDNŞ-ın NQHİ-nin payına 5,25 mlrd. kubmetr qaz hasilatı düşüb ki, bu da 2006-cı ilin yanvar-noyabrından 1,36 mlrd. kubmetr (35,1 faiz) çoxdur. BM və ƏŞ-ri bu dövr ərzində 131,57 mln. kubmetr qaz hasil ediblər. Bu göstərici ötən ilin analoji dövründən 17,89 mln. kubmetr (15,7 faiz) çoxdur.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-noyabrda "Azəri-Çiraq-Günəşli" yatağından ARDNŞ üçün 2,25 mlrd. kubmetr səmt qazı hasil edib. Bu isə ötən ilin göstəricisindən 162,7 mln. kubmetr çoxdur.

Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur, onların 18-i suda, yerdə qalanları isə quruda yerləşir. Bu gün ARDNŞ-ın əməkdaş heyəti 60 min nəfərə yaxın təşkil edir. 2007-ci ilin yanvar-noyabrında Azərbaycanda neft və qaz hasilatı cədvəli:

Neft(min ton) Noyabr Yanvar - noyabr
2007 2007 2006 %
Cəmi 721,06 8078,76 8237 98,1
NQHİ ARDNŞ 620,66 6986 7170 97,4
BM və ƏŞ 100,4 1092 1066 102,5
Qaz(mln. m3)
Cəmi 862,78 8991 6156 146,1
NQHİ ARDNŞ 552,16 5252,06 3886 135,1
BM və ƏŞ 11,62 131,57 113,68 115,7
ABƏŞ (ARDNŞ üçün) 117,01 2258 2096 107,8
Xəbər lenti

Xəbər lenti