...

Rumıniya Avropanın enerji təhlükəsizliyini təmin etmək sahəsində Azərbaycanla əməkdaşlığı vacib hesab edir- nazir müavini

Energetika Materials 10 Dekabr 2007 18:30 (UTC +04:00)
Rumıniya Avropanın enerji təhlükəsizliyini təmin etmək  sahəsində Azərbaycanla əməkdaşlığı vacib hesab edir- nazir müavini

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Rumıniya hökuməti Avropanın enerji təhlükəsizliyini təmin etmək sahəsində Azərbaycanla əməkdaşlığı vacib hesab edir. Bu barədə bazar ertəsi Bakıda Ruminiya Respublikasının iqtisadiyyat və maliyyə nazirinin müavini (Dövlət katibi) cənab Viorel Palaşka Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri cənab Rasim Məmmədovla keçirdiyi görüşü zamanı bildirib.

Palaşkanın sözlərinə görə, onun ölkəsi "TransXəzər" layihəsinin reallaşdırılması üçün Qazaxstan və Türkmənistanla intensiv danışıqlar aparır və ilkin müsbət nəticələr var.

Görüşdə, əsasən, "TransXəzər" və "NABUKKO" kəmərlərinin reallaşdırılması istiqamətində müzakirlər aparılıb, Azərbaycanın neft-qaz ehtiyatları barədə ətraflı məlumatlar verilib. Müzakirələrdə Ruminiyanın "Nabukko" kəmərinin çəkilişinə yardımları barədə fikir mübadiləsi aparılıb, neft maşınqayırması və neft-qaz emalı sahəsində əməkdaşlığın perspektivlərinə toxunulub.

Görüşdə Ruminiyanın "Romqaz" şirkətinin vitse-prezidenti Luçian Stançi, "Petrom" şirkətinin direktor müavini Dorin Brau, "Konpet" şirkətinin Baş direktoru Livin İlaşu, "Oil terminal" şirkətinin Baş direktoru Viorel Sorin Uiutirenan, "Armaxqaz" şirkətinin Baş direktoru Mirçea Vesçan, "Transqaz" şirkətinin Baş direktoru İoan Rusi və digərləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti