...

DB Azərbaycanda yeni ekoloji inkişafın uzunmüddətli proqramını reallaşdırır

Energetika Materials 12 Dekabr 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Abşeron yarımadasının ekoloji təmizlənməsinin uzunmüddətli proqramının birinci fazası üçün DB 100 mln. dollar ayırmağa hazırdır. Bu barədə Bakıya səfərinin nəticələrinə həsr olunan mətbuat konfrasında DB-nın Mərkəzi Asiya və Avropa üzrə vitse-prezidenti Şiqeo Katsu məlumat verib. O, proqramın bir neçə mərhələdə Balaxanıda məişət tullatnıları poliqonu, yodlaşdırılmış zavod, çirkab sularının, neftlə çirklənən torpaqların təmizlənməsi üzrə müxtəlif tədbirlərin reallaşdırılmasını nəzərdə tutduğu üçün, onun ümumi dəyərini bildirməkdə çətinlik çəkib. "DB -nın son məqsədi bu regionda yeni inkişaf proqramının reallaşdırılmasıdır" -Katsu bildirib. Birinci mərhələdə araşdırmaların aparılması, pilot layihəsinin reallaşdırılması, avadanlıqların alınması, təmizləmə metodlarının diaqnostikası nəzərdə tutulur. Vitse-prezident bu mərhələdə lazımi potensialın yaradılması, planlaşdırma və hazırlıq işlərinin keçirilməsini vacib hesab edir. Katsu layinənin təsdiq edilməsinin 2008-ci il maliyyə ilində mümkün olacağını güman edir. Layihənin işlənməsi və onun komponentlərinin müəyyən edilməsi üçün, dekabrın 20-dək DB-nın missiyası, başda Ani Daskupta olmaqla, Bakıda olacaq. Ölkə hökumətinin bu proqram çərçivəsində büdcə vəsaitləri hesabına daha çox maliyyə ayıracağı gözlənilir. Bundan əlavə, təmizlənən torpaqlardan alınan neftin reallaşdırılması sonrakı xərclərin ödənilməsinə yönəldilə bilər. İlkin məlumatlara görə, Azərbaycanda çirklənmiş torpaqların sahəsi 10-dan 30 min hektaradəkdir. Azərbaycanda, torpaqların təmizlənməsini həyata keçirən digər ölkələrdən fərqli olaraq, kiçik ərazidə neftlə çirklənmənin həcmi böyükdür. PSA çərçivəsində aparıcı ekoloji standartlara əməl edilir və hazırda çirklənmə, demək olar ki, baş vermir. DB-nın ekspertləri hesab edirlər ki, bu, əsrlərlə toplanmış çirklənmədir və onun təmizlənməsi üçün yüzlərlə milyon dollar vəsait tələb olunur.

Xəbər lenti

Xəbər lenti