...

Azərbaycanda 2007-ci ildə neft hasilatı 40 mln. tonu ötəcək

Energetika Materials 14 Dekabr 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyevin cümə günü verdiyi məlumata görə, yanvar-noyabr ayları ərzində Azərbaycanda sənaye məhsullarının istehsalı 17,4 mlrd. manat təşkil edib və bu göstərici 2006-cı ilin analoji dövrünün göstəricisindən 24,7% çoxdur.

Son 11 ay ərzində ölkədə 38,5 mln. ton neft hasil olunub və bu, 2006-cı ilin son 11 ayının göstəricisindən 30% çoxdur. Bu dövr ərzində 10 mln. kubmetrə yaxın qaz hasil olunub və bu göstərici 2006-cı ilin yanvar-noyabr aylarının göstəricisindən 61% çoxdur.

Vəliyevin sözlərinə görə, ilin sonunda hasilatın 43 mln. ton neft və 11 mlrd. kubmetr qaz təşkil edəcəyi gözlənilir.

Yanvar-noyabr ayları ərzində ölkədə 1,673 mln. ton neft istehsal olunub və bu göstərici 2006-cı ilin 11 ayının göstəricisindən 11% çoxdur.

Xəbər lenti

Xəbər lenti