...

Qazaxıstan BTC-ni öz neftinin nəqli üçün vacib marşrut hesab edir

Energetika Materials 14 Dekabr 2007 21:02 (UTC +04:00)
Qazaxıstan BTC-ni öz neftinin nəqli üçün vacib marşrut hesab edir

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Qazaxıstan Bakı-Tbilisi-Ceyanı öz karbohidreogen resusrlarının nəqli üçün vacib və perspektivli marşrut hesab edir. Bu barədə cümə günü Qazaxıstanın Azərabaycanda müvəqqəti müvəkilli Arman Kairbayev məlumat verib. "Qazaxıstan enerji resurslarının nəqli üzrə çoxvektorlu siyasətin tərəfdaşıdır. Bizim neftimiz artıq çoxdandır ki, müxtəlif istiqamətlərdə -Azərbaycan vasitəsilə də nəql edilir."-o bildirib. Neftin BTC-ilə nəqli haqqında ikitərəfli Qazaxıstan-Azərbaycan razılşması artıq imzalanıb və qarşıda, neftin nəqli marşrutunu dəqiqləşdirəcək bir neçə texniki sənədin imzalanması durur. Kairbaev ölkələr arasında əməkdaşlığın gələcək inkişafına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Qazaxstana səfəri zamanı bir çox razılaşmalara nail olunub və bu razılaşmalar ikitərəfli münasibətlərin inkişafına yardım edəcək. Bu səfərin nəticələrindən biri , tərəflər arasında mal dövriyyəsini bir milyard dollaradək artırmaq haqqında qərar oldu. "Bu, qarşıda böyük sistemli işin dayandığından xəbər verir və bu məqsədə çatmaq olar"- o bildirib.

Xəbər lenti

Xəbər lenti