...

TransXəzər qaz kəməri iqtisadi cəhətdən rentabelli olmalıdır -Səfir

Energetika Materials 20 Dekabr 2007 13:51 (UTC +04:00)
TransXəzər qaz kəməri iqtisadi cəhətdən rentabelli olmalıdır -Səfir

Qazaxsstan, Astana / Trend , müxbir K.Konırova/ "TransXəzər qaz kəmərinin gələcəyi onun iqtisadiyyatından asılıdır"- ABŞ-ın Qazaxıstandakı səfiri Con Ordvey Xəzəryanı qaz kəmərinin tikintisinin TransXəzər qaz kəməri layihəsinin reallaşdırmasına necə təsir edəcəyi barədə Trend -in müxbirinin sualına cavab verərkən bildirib. "TransXəzər qaz kəməri haqqında məsələ həll edilir və iki iqtisadi elementdən asılıdır - tələb və təklif. Biz Qərbi Avropada enerji resusrlarına tələbatın, Xəzər regionunda isə, təklifin olduğunu bilirik. Bu iki tərəfin necə birləşdirilməsi-kommersiya xarakterli məsələdir"-amerikalı diplomat bildirib. Səfirin rəyinə görə, Xəzəryanı və TransXəzər qaz kəmərləri arasındakı rəqabət Qazaxıstan üçün bir neçə marşrutun olması kimi müsbətdir. "Enerji ehtiyatlarının dünya bazarına çıxarılması variantları nə qədər çox olsa, seçim də o qədər çox olacaq"-o bildirib. "Biz karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasının təmin edilməsinin müxtəlif sayda variantlarının tərəfdarıyıq. Düşünürəm ki, hadisələrin inkişafı fonunda biz gələcəkdə enerji ehtiyatlarının dünya bazarına çıxarılmasının çoxlu variantının olacağını müşahidə edə biləcəyik" - səfir bildirib. "TransXəzər qaz kəmərinə gəldikdə isə, bu layihəni iqtisadi rentabellikdə dayanmaq üçün müzakirə etmək və Qazaxıstanın qazancını öyrənmək lazımdır" - Ordvey bildirib.

Xəbər lenti

Xəbər lenti