...

BP Azerbaijan "Şahdəniz" yatağında qaz hasilatını artırmağa hazırlaşır

Energetika Materials 24 Dekabr 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Bu həftə ərzində Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi layihəsi üzrə tərəfdaşlar yataqdakı dördüncü hasilat quyusunu işə salmaq niyyətindədirlər. Bu barədə bazar ertəsi BP Azerbaijan-dan (layihənin texniki operatoru) məlumat veriblər. Proqnozlara əsasən, "Şah- dəniz" yatağında sutkalıq qaz hasilatı 16 mln. kubmetrdən 22 mln. kubmetrədək artırılacaq. Şirkət quyunun təmizlənməsini aparıb və indi onun nəqliyyat xətlərinə qoşulmasını həyata keçirir. "Şahdəniz" yatağının işlənilməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihənin iştirakçıları BP (operator-25,5%), "Statoil" (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir. Qaz hasilatı dekabrda başlayıb. Hazırda qaz Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Qazın alıcıları sırasında Azərbaycan da var. Növbəti ildə "Şahdəniz" də daha iki quyunun işə salınacağı güman edilir.

Xəbər lenti

Xəbər lenti