...

Xəzəryanı qaz kəməri TransXəzər boru kəmərinin tikintisini istisna edir-ekspert

Energetika Materials 24 Dekabr 2007 18:43 (UTC +04:00)
Xəzəryanı qaz kəməri TransXəzər boru kəmərinin tikintisini istisna edir-ekspert

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Xəzəryanı qaz kəməri TransXəzər layihəsinin rəqibi kimi çıxış edə və ya onu tamamilə istisna edə bilər. Alfa Bank Investisiya Şirkətinin analitiki Konstantin Batunin belə hesab edir. "Qısamüddətli perspektivdə Xəzər dənizini dövr edən və Rusiya ərazisinə aparan qaz kəmərinin çəkilişi avtomatik olaraq TransXəzər qaz kəmərinin çəkilişini istisna edir" - bazar ertəsi Batunin Trend -a bildirib. Ötən həftə Rusiya, Qazaxıstan və Türkmənistan Xəzəryanı qaz kəmərinin tikintisi haqqında müqavilə imzalayıb. 20 mlrd. kubmetr gücündə olacaq yeni qaz kəməri Xəzər dənizini dövr edəcək və Mərkəzi Asiya qazını Rusiya vasitəsilə Avropaya daşımağa imkan yaradacaq. Xəzəryanı qaz kəmərinin tikintisi haqqında razılaşma 2007-ci ilin mayında əldə olunub. Rusiyanın Mərkəzi Asiya tərəfdaşlarının qazın alqısı qiymətlərinin artırlması tələbləri müqavilənin imzalanmasının təxriə salınmasına səbəb olub. Analitikin sözlərinə görə, TransXəzər və Xəzəryanı qaz kəmərləri bir-birini istisna edən iki layihədir. Trans- Xəzər qaz kəmərinin tikintisi layihəsi Rusiyanı dolanmaqla, Xəzər dənizinin dibi ilə, illik buraxılış gücü 30 mlrd. kubmetr olan qaz kəmərinin çəkilməsini nəzərdə tutur. 2 min km. uzunluğunda qaz kəməri türkmən qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqlini nəzərdə tutur. Batunin bildirib ki, Türkmənistan bu layihəyə razılıq verməsinin qarşılığında "Rusiyadan istədiyi hər bir şeyi alıb". Onun rəyinə görə, Xəzəryanı qaz kəmərinin çəkilməsi türkmən qazının Rusiya üçün qiymətinə təsir etməyəcək. "2008-ci ildə türkmən qazının Rusiya üçün qiyməti artıq müəyyən edilib. 2009-cu ildən isə o, qiymət düsturuna bağlı olacaq" - analitik bildirib. Antanta Kapital Investisiya Şirkətinin analitiki Timur Xayrulin hesab edir ki, Xəzəryanı qaz kəmərinin tikintisi "Rusiya və Türkmənistanın qazın qiymətləri haqqında razılaşmasına, çətin ki təsir etsin". Xəzəryanı qaz kəməri "Belek" kompressor stansiyasından (Türkmənistan) Qazaxıstan vasitəsilə "Aleksandrov Qay" qazölçən stansiyasınadək (Rusiya) çəkiləcək. Layihənin reallaşdırılması üçün səlahiyyətli təşkilatlar "Qazprom" ASC, "QazMunayQaz Milli Şirkəti" SC və "Türkmənqaz" DŞ müəyyən edilib. Qaz kəmərinin2010-cu ilin sonundan gec olmayaraq təhvil vermək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti