...

Azərbaycan neft-qaz layihələrindən proqnozlaşdırılandan iki dəfə çox gəlir əldə edəcək-nazir

Energetika Materials 4 Fevral 2008 17:41 (UTC +04:00)
Azərbaycan neft-qaz layihələrindən proqnozlaşdırılandan iki dəfə çox gəlir əldə edəcək-nazir

Azərbaycan, Bakı, 04 fevral/ " Azərbaycanın 2024-cü ilədək neft-qaz layihələrinin reallaşdırılmasından əldə edəcəyi vəsaitlərin həcmi üzrə proqnozlar iki dəfə - təqribən $400 mlrd-dək artırılıb. Bu barədə bazar ertəsi Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev Avropa KİV -ə müsahibəsində məlumat verib. Bu vaxtadək "Azəri-Çıraq-Günəşli" yataqlarında işlənilməsi üzrə BP-nin başçılığı ilə konsorsiumla müqavilənin vaxtı bitir.

Vəsaitlərin daxil olması üzrə proqnozların artırılması "Azəri-Çıraq-Günəşli" yataqlarında karbohidrogen ehtiyatlarının artması, həmçinin, dünya bazarlarında neftin yüksək qiymətləri ilə əlaqədardır.

"Əvvəllər Azərbaycanın $200 mlrd. alacağı güman edilirdi.", - Əliyev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondunun aktivləri də əhəmiyyətli dərəcədə - $10 mlrd. qədər artacaq.

Xəbər lenti

Xəbər lenti